Bakı. Trend:
Ermənistan parlamentində 2020-ci il dövlət büdcəsinin icrası barədə hesabatın dinləmələri boş zalda keçirilib.
Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, iclasda yalnız kənd təsərrüfatı və ekologiya komitəsinin sədri Vahe Qalumyan və maliyyə-kredit məsələləri komissiyasının sədr müavini Arpak Manukyan iştirak edib.
Digər deputatların iclasda iştirak etməməsinin səbəbi seçkiqabağı kampaniyada iştirak etmələri ilə izah olunub.
(Tərcümə: Orxan Nəbiyev)