...

Şəhid ailələri və qazilərlə bağlı “Məşğulluq marafonu”na artıq 54 işəgötürən qoşulub

Gündəm Materials 14 İyun 2021 13:57 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İşəgötürənləri şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştiraka təşviq məqsədilə başladılan “Məşğulluq marafonu” böyük maraqla qarşılanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona artıq 54 işəgötürən qoşulub. Bakı və ölkəmizin bölgələrində fəaliyyət göstərən həmin işəgötürənlər onlarda mövcud olan və ya yeni yaratdıqları, müxtəlif peşə sahələrini əhatə edən 76 vakansiya müvafiq elektron platformaya daxil ediblər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq.

Xatırladırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti