...

Fransalı nazir bu azərbaycanlı rəssama görə təcili Bakıya gəlib (VİDEO)

Gündəm Materials 14 İyun 2021 16:34 (UTC +04:00)
Fransalı nazir bu azərbaycanlı rəssama görə təcili Bakıya gəlib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Televiziyasının (AzTV) “Yüz ilin adamları” layihəsinin budəfəki buraxılışı dünyaşöhrətli Xalq rəssamı Toğrul Nərimanbəyovun həyat və yaradıcılığına həsr olunub.

AzTV-dən Trend-ə bildirilib ki, verilişin komandası rəssamın ikinci vətəni Fransada olub, onun qızı Əsmər Nərimanbəyova ilə söhbət edib.

T. Nərimanbəyovun yaradıcılığında dönüş yaradan hadisə onun fransalı nazirlə tanışlığıdır.

Hadisə Nərimanbəyovun Moskvada keçirilən sərgisindən sonra baş verib. Sözügedən tədbirə möhtərəm qonaq kimi Fransanın ovaxtkı mədəniyyət naziri, yazıçı Andrey Malro da dəvət olunub. Malro sərgi ilə tanışlığı zamanı rəssamın “Azərbaycan musiqiçiləri” əsərinin qarşısında dayanıb. Təşkilatçılar nazirə əsərin müəllifi barədə məlumat veriblər, anasının fransız olduğunu deyiblər. Malro təcili Bakıya gəlib, rəssamın emalatxanasını ziyarət edib. Bu xəbər SSRİ-də böyük maraqla qarşılanıb. Fransız nazir Nərimanbəyovla görüşüb, daha sonra Xalq rəssamının yaradıcılığı barədə geniş resenziya yazıb. Bundan sonra Avropanın bir sıra ölkəsində onun əsərlərindən ibarət kataloqlar nəşr olunmağa başlayıb.

Ə. Nərimanbəyova deyib ki, atası Fransaya gələndə artıq məşhur idi: “Atamın medalları var idi, hökumət tərəfindən təltif olunmuşdu. Dünyada sərgiləri keçirilirdi”.

Verilişdə, həmçinin, Nərimanbəyovun anadan olduğu vaxtdan ömrünün son gününə kimi yaşadıqları, həyat və yaradıcılığı ilə bağlı maraqlı məqamlara toxunulub, ölümündən 1 ay sonra dəfn olunan rəssamın ailə məhkəmələrinin səbəbi açıqlanıb.

Onun Azərbaycanla bağlı həyata keçməyən arzusu da “Yüz ilin adamları”nda dilə gətirilib.

30 yaşında Əməkdar, 33 yaşında Xalq rəssamı olmuş Toğrul Nərimanbəyovla bağlı sirli məqamlara aydınlıq gətirilmiş “Yüz ilin adamları” verilişin tam versiyasına “YouTube”da baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti