...

AMEA-nın vəzifəli şəxsi barədə cinayət işi başlanıb

Gündəm Materials 14 İyun 2021 18:03 (UTC +04:00)
AMEA-nın vəzifəli şəxsi barədə cinayət işi başlanıb

Bakı. Samir Əli - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşının barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, fəlsəfə doktoru Ədalət Ətayi xüsusi ittiham qaydasında böhtan atmaqda təqsirləndirilir. Fəlsəfə doktoru barəsində Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə ittiham olunur.

Cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Şamaxı rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Etibar Hümbətovun icratına verilib. Yaxın vaxtlarda məhkəmənin hazırlıq iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti