...

İsrail Qəzza zolağına aviazərbələr endirib

Gündəm Materials 16 İyun 2021 04:33 (UTC +04:00)
İsrail Qəzza zolağına aviazərbələr endirib

Bakı. Trend:

İsrail Hərbi hava qüvvələri Qəzza zolağındakı qruplaşmaların mövqelərinə zərbələr endiriblər.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə "Dunya Al Watan" portalı məlumat verib.

Bombardmanın nəticələri barədə xəbər verilmir. İsrail ordusu məlumatı şərh etməyib.

Xatırladaq ki, 21 may tarixində İsrail və Fələstin qruplaşmaları arasında 11 gün davam edən qarşıdurmadan sonra atəşkəs qüvvəyə minib. Qəzza zolağının 256 sakini bu qarşıdurmanın qurbanı olub, təxminən 2 min nəfər yaralanıb. İsrail tərəfdən 13 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti