...

Ermənilər işğal dövründə ərazilərimizdə bütün dini abidələri məhv edib - Mübariz Qurbanlı

Gündəm Materials 21 İyun 2021 10:46 (UTC +04:00)
Ermənilər işğal dövründə ərazilərimizdə bütün dini abidələri məhv edib - Mübariz Qurbanlı

Bakı. Elçin Mehdiyev - Trend:

İşğaldan azad edilmiş ərazilərdə məscidlərin, kilsələrin, Qafqaz Albaniyasına aid məbədlər və digər dini abidələrin bərpa olunması istiqamətində ciddi işlər həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə deyib.

M.Qurbanlı bildirib ki, işğalçı ermənilər həmin ərazilərdə bütün dini abidələri məhv ediblər: “Bu, böyük bir vandallıqdır. Ermənilər məscidlərlə yanaşı kilsələri də dağıdıblar. Pravoslav kilsələri ya dağıdılıb, ya da erməni kilsəsinə çevirməyə cəhd edilib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti