...

Pakistan mediası Nizami Gəncəvidən yazdı

Gündəm Materials 12 İyul 2021 19:19 (UTC +04:00)
Pakistan mediası Nizami Gəncəvidən yazdı

Bakı. Trend:

Jurnalist Əli Zülfüqaroğlu və diaspor üzrə araşdırmaçı ekspert Elnur Eltürkün həmmüəllifliyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı yazı Pakistanın ingilisdilli “The Dspokesman” qəzetində yayımlanıb.

Trend-in məlumatına görə, yazıda qeyd olunub ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il ölkəmizdə dahi Azərbaycan şairi və mütəfəkkiri “Nizami Gəncəvi ili” elan edilib. Həmçinin, vurğulanıb ki, bu Sərəncam Nizaminin bütün dünyada tanıdılmasına və onun irsinin daha geniş araşdırılmasına səbəb olacaq.

“Nizami Gəncəvi yaradıcılığı: Qərbin və Şərqin ədəbiyyat ensiklope-diyası” sərlövhəli başlıqla dərc olunan yazıda Nizami Gəncəvinin yaradıcılığı, əsərləri, dünya ədəbiyyatında yeri və.s məsələlər Pakistan oxucusunun diqqətinə çatdırılıb. Yazıda həmçinin azərbaycanlı mütəxəssislərin Nizami Gəncəvi haqqında təhlillərinə, eyni zamanda qərb və bir sıra dünya filosoflarının böyük Azərbaycan şairi ilə bağlı fikirlərinə yer verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti