...

Tibbi maska ilə bağlı tələbləri pozanlar cərimələnib

Gündəm Materials 19 İyul 2021 16:35 (UTC +04:00)
Tibbi maska ilə bağlı tələbləri pozanlar cərimələnib

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ictimai nəqliyyatda, o cümlədən taksi fəaliyyəti ilə göstərən nəqliyyat vasitələrində riayət olunmasına nəzarət məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, keçirilən növbəti tədbirlər zamanı rayon ərazisində taksi kimi fəaliyyət göstərən nəqliyyat vasitələrində sürücü və sərnişinlərin tibbi maska ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb.

Qaydalara və sağlamlığına biganəlik nümayiş etdirərək tibbi maska ilə bağlı tələbləri pozanlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti