...

Ceyhun Səfərov “Azəriqaz”da tutduğu vəzifədən azad olunub

Gündəm Materials 26 İyul 2021 19:18 (UTC +04:00)

Bakı. Trend:

“Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov başqa işə keçməsi ilə bağlı tutduğu vəzifədən azad olunub.

Bu barədə Trend-ə İB-dən məlumat verilib.

Bildirilib ki, C.Səfərovla “Azəriqaz” İB-nin yolları tamamilə ayrılmır. Onunla bundan sonra da əməkdaşlıq ediləcək və qazandığı təcrübədən bəzi istiqamətlərdə tətbiq olunacaq.

Qeyd edək ki, C.Səfərov “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə 2 il bundan öncə təyin edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti