...

Bakıda fərdi yaşayış evində yanğın olub

Gündəm Materials 7 Avqust 2021 15:14 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti