...

Yaponiyada leysan yağışları səbəbindən 380 mindən çox sakin təxliyə bildirişi alıb

Gündəm Materials 12 Avqust 2021 07:11 (UTC +04:00)
Yaponiyada leysan yağışları səbəbindən 380 mindən çox sakin təxliyə bildirişi alıb

Bakı. Trend:

Yaponiyanın cənub-qərbində güclü yağışlar və torpaq sürüşmələri təhlükəsi ilə əlaqədar yerli hakimiyyət orqanlarından təxliyə bildirişi alan sakinlərin sayı 382 minə çatıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, ən çox bildiriş Naqasaki prefekturunun sakininə (244 min) göndərilib. Eyni zamanda, Saqa, Kaqoşima və Kumamoto prefekturalarında təxliyələr təşkil edilir.

Qeyd olunur ki, güclü yağışlar Kumamotoda şənbə gününün sonuna qədər davam edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti