...

Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir (FOTO)

Gündəm Materials 23 Avqust 2021 16:02 (UTC +04:00)
Hərbçilərimiz “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlıq keçir (FOTO)

Bakı. Trend:

Hərbçilərimizin “Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinə hazırlığı davam edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, növbəti gündə heyətin atəş mövqelərini tutması və komanda müşahidə məntəqələrini açılması, minaatan qurğularının döyüşə və səfərə vəziyyətinə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması tapşırıqları məşq olunub.

Artilleriyaçılarımızın çətin keçilən ərazidə döyüş texnikasının idarə edilməsi və döyüş şəraitində tətbiqi üzrə vərdişləri təkmilləşdirilib.
Dünyanın 10 ölkəsindən olan artilleriyaçıların iştirak etdiyi müsabiqədə silah və döyüş texnikası ilə mərhələlər üzrə müxtəlif tapşırıqlar yerinə yetiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti