...

Bakıda yük avtomobili aşıb, hərəkət məhdudlaşdırılıb (FOTO)

Gündəm Materials 31 Avqust 2021 08:48 (UTC +04:00)
Bakıda yük avtomobili aşıb, hərəkət məhdudlaşdırılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakıda yol qəzası baş verib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, Tbilisi prospekti Cavadxan küçəsilə kəsişmədən "20 Yanvar" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Gecə saatlarında "20 Yanvar" dairəsində yük avtomobilinin aşması nəticəsində yola yağ dağılıb. Hazırda Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xüsusi texnikaları əraziyə cəlb edilməklə yolda təmizlənmə işləri görülür.

Yolun bağlanması ilə əlaqədar olaraq bu hissədən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də müvəqqəti olaraq dəyişdirilib. Avtobusların hərəkəti digər avtomobillərin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti