...

Dənizdə batan şəxsi çıxarmaq istəyən gənc polis həyatını itirib - FOTO

Gündəm Materials 3 Sentyabr 2021 10:38 (UTC +04:00)
Dənizdə batan şəxsi çıxarmaq istəyən gənc polis həyatını itirib - FOTO

Bakı. Samir Əli -Trend:

Boğulmaq təhlükəsi ilə üzləşən şəxsi xilas etməyə çalışan gənc polis əməkdaşı öz həyatını da itirib.

Trend-in məlumatına görə, Əlahiddə Çevik Polis Alayının polis nəfəri, 21 yaşlı İbrahim Əlosmanov dünən saat 18 radələrində Xəzər rayonundakı “Mayak” çimərliyində bir nəfərin suda boğulduğunu görüb və onu xilas etmək üçün dərhal özünü dənizə atıb. Lakin dərinlik və yüksək dalğalar ona mane olub.

Polis əməkdaşı həyatını xilas etməyə çalışdığı 45 yaşlı Rövşən Qasımovla birlikdə öz həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti