Bakı. Samir Əli - Trend:
Ağdaş rayonunda iki azyaşlı qızın su kanalında boğularaq ölməsi ilə bağlı cinayət işi başlanıb.
Trend-in əldə etdiyi məlumata görə, faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.
Hazırda hadisə il bağlı istintaq araşdırmaları davam etdirilir.
Xatırladaq ki, bu gün günorta saatlarında Ağdaş rayon sakinləri, 2006-cı il təvəllüdlü Niftəliyeva Arifə Ceyhun qızı və 2008-ci il təvəllüdlü Usubova Fatimə Ədalət qızının meyitləri rayon ərazisindəki suvarma kanalından tapılıb.
Azyaşlıların intihar etməsi ehtimal olunur.