...

Nazir vaksin olunmayan müəllimlərdən danışdı

Gündəm Materials 7 Sentyabr 2021 14:29 (UTC +04:00)
Nazir vaksin olunmayan müəllimlərdən danışdı

Bakı. Çingiz Səfərli - Trend:

Bəzi müəllimlərimiz var ki, vaksin vurdurmaqdan imtina edirlər.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, bütün təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli, yaxud əks-göstəriş arayışı təqdim etməlidirlər. Bəzi müəllimlərimiz var ki, vaksin vurdurmaqdan imtina edirlər: "Amma bu, kollektiv üçün faydalıdır. Biz əks-göstərişi olanları vaksinə məcbur etmirik. Sadəcə olaraq 80 faizə qədər işçi vaksin vurdurubsa, bu, istəyə bağlı yox, peşəkarlığa bağlı olmalıdır".

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Twitter:@cingizsafarli

Xəbər lenti

Xəbər lenti