...

Yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub (FOTO)

Gündəm Materials 8 Sentyabr 2021 09:39 (UTC +04:00)
Yeni gənclər və idman naziri Fərid Qayıbov kollektivə təqdim olunub (FOTO)

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün yeni gənclər və idman naziri Fərid Qayıbov Gənclər və İdman Nazirliyində kollektivə təqdim olunub.

Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, idman federasiyalarının rəhbərləri, idmançılar və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, dünən Prezident İlham Əliyev Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Nazir təyin olunması ilə əlaqədar Fərid Qayıbov Prezident İlham Əliyev tərəfindən videoformatda qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti