...

9-cu sinifdən kolleclərə ixtisas seçimində 21 mindən çox şəxs iştirak edib

Gündəm Materials 8 Sentyabr 2021 12:03 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ixtisas seçimi avqustun 27-də başlanıb və 8 sentyabr saat 09:00-dək davam edib.

Bu il 33088 abituriyent sənəd qəbulunda iştirak edib. Müsabiqə şərtlərini ödəyən və ixtisas seçimi edənlərin sayı isə 21099 (Azərbaycan bölməsi - 20667, rus bölməsi - 432) nəfərdir.

Müqayisə üçün qeyd edək ki, ötən il sənəd qəbulunda iştirak edənlərin sayı 19236, ixtisas seçimi edənlərin sayı isə 10958 nəfər olub.

Müsabiqə nəticələrinin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti