...

Bakıda bu ərazidə də metro stansiyası tikiləcək

Gündəm Materials 21 Sentyabr 2021 14:31 (UTC +04:00)
Bakıda bu ərazidə də metro stansiyası tikiləcək

Bakı. Samir Əli - Trend:

Bakı metrosunda Bənövşəyi xətt üzrə inşa ediləcək 5-ci yeni stansiyanın yeri müəyyən edilib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" QSC-nin Tikinti Departamentinin baş mühəndisi Yaqub Musayev deyib.

O bildirib ki, yeni stansiyanın yeri artıq məlumdur: "Yeni stansiya metronun "Nizami" stansiyasına yaxın ərazidə inşa ediləcək. Stansiya "Beşmərtəbə" deyilən ərazinin arxasında, 1 saylı Doğum evinin yanında inşa ediləcək".

Xatırladaq ki, bu gün Bakı metropoliteninin Bənövşəyi xətti üzrə Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək şərti adı “B-04” olan stansiyanın inşasına başlanılıb.

Hazırda Bənövşəyi xəttin Xocəsən qəsəbəsində inşa olunan elektrik deposunda metropolitenin sayca 27-ci stansiyası yerləşəcək. “B-04” stansiyası isə metropolitenin 28-ci stansiyası olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti