...

XİN-də Anım Günü qeyd edilib (FOTO/VİDEO)

Gündəm Materials 27 Sentyabr 2021 18:01 (UTC +04:00)
XİN-də Anım Günü qeyd edilib (FOTO/VİDEO)

Bakı. Trend:

27 Sentyabr 2021-ci il tarixində, Xarici İşlər Nazirliyində (XİN) 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda həlak olan əsgər və zabitlərimizin, eləcə də mülki vətəndaşlarımızın xatirəsi yad edilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, XİN-in rəhbər heyəti, o cümlədən nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, struktur-bölmə rəhbərləri habelə vətən müharibəsi iştirakçısı, Müdafiə Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Anım tədbiri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanatının səsləndirilməsi ilə başlayıb.

Daha sonra çıxış edən nazir müavini Xələf Xələfov Ermənistan Respublikasının təcavüzkar siyasəti, Ermənistanın işğalçılıq siyasəti çərçivəsində davam edən hərbi təxribatları, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əldə etdiyi Şanlı Qələbəyə aparan yol, dövlət başçısının hərbi, diplomatiya və informasiya sahələrində parlaq qələbəsi, hərb meydanında qazanılmış zəfərin beynəlxalq münasibətlərin reallığına çevrilməsi üçün siyasi və diplomatik səylərin davam etdirilməsi barədə danışıb.

Müdafiə Nazirliyinin nümayəndəsi, Vətən müharibəsi iştirakçısı, polkovnik Elşad Əbilov İkinci Qarabağ Müharibəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsi əməliyyatlarında iştirakı ilə bağlı fikirlərini, rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə bağlı məlumatı tədbir iştirakçıları ilə bölüşüb.

Nazir müavini Xələf Xələfov Vətən Müharibəsi iştirakçısı polkovnik Elşad Əbilovun Qələbə rəmzi olan Xarı Bülbül keramik heykəlini təqdim edib.

Tədbirin sonunda Vətən müharibəsinə həsr olunmuş video-çarx nümayiş edilib.

Xarici İşlər Nazirliyinin rəhbər heyəti saat 12:00-da Şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edib.

Video görüntülər:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti