Bakı. Trend:
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən, 102 nəfər Prezident təqaüdünə layiq görülüb.
Prezident təqaüdçüləri Azərbaycanın 9 ali məktəbinə daxil olan tələbələrdir. Bu siyahıya Bakı Ali Neft Məktəbi (BANM) liderlik edir. 102 nəfər Prezident təqaüdçüsündən 33 nəfəri BANM-in tələbəsidir. Bu, Azərbaycan təhsil tarixində ən yüksək göstəricidir.
Ali məktəblər üzrə Prezident təqaüdçülərinin sayını təqdim edirik:
Ali məktəblər |
Tələbələrin sayı |
|
1 |
Bakı Ali Neft Məktəbi |
33 nəfər |
2 |
Azərbaycan Tibb Universiteti |
25 nəfər |
3 |
Bakı Dövlət Universiteti |
15 nəfər |
4 |
ADA Universiteti |
12 nəfər |
5 |
UNEC |
8 nəfər |
6 |
Dövlət İdarəçilik Akademiyası |
4 nəfər |
7 |
UFAZ |
2 nəfər |
8 |
Xüsusi təyinatlı ali məktəb |
2 nəfər |
9 |
ADNSU |
1 nəfər |