Bakı. Çingiz Səfərli - Trend:
Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, 149 və 164 nömrəli müntəzəm marşrutun hərəkət sxemlərində dəyişikliklər edilib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, dəyişiklik əsasında 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi 20-ci Sahə, 164 nömrəli marşrutun son dayanacaq məntəqəsi isə Lökbatan qəsəbəsi (Mədəniyyət sarayı) olaraq müəyyən edilib.
Bununla yanaşı, Sanqaçal qəsəbəsində vətəndaşların ictimai nəqliyyatdan istifadəsində yaranan çətinliyin aradan qaldırılması məqsədilə Sanqaçal qəsəbəsi – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi istiqamətində 196 nömrə adı altında yeni şəhərətrafı müntəzəm marşrut təşkil edilib.
Marşrutlar üzrə avtobusların hərəkəti sərnişin təlabatına uyğun olaraq tənzimlənəcək.
Qeyd edək ki, edilən dəyişikliklər oktyabrın 9-dan həyata keçiriləcək.
Twitter: @cingizsafarli