...

Gürcüstanda dövlət bayraqları endirilib

Gündəm Materials 11 Oktyabr 2021 00:29 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin imzaladığı sərəncama əsasən, 2021-ci il oktyabrın 26-da Batumidə yaşayış binasının uçması nəticəsində ölənlərin xatirəsinə, 11 oktyabr ölkədə matəm günü elan edilib.

Trend-in məlumatına görə, matəm günü ilə əlaqədar olaraq, bu gün saat 00:00-dan 12 oktyabr saat 00:00-dək Gürcüstanın bütün ərazisində dövlət bayraqları endirilib.

Xatırladaq ki, hadisə nəticəsində üçü uşaq olmaqla 9 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti