...

Baş prokurorluq qanunsuz torpaq alqı-satqısı ilə bağlı vətəndaşlara müraciət etdi (VİDEO)

Gündəm Materials 19 Oktyabr 2021 11:45 (UTC +04:00)
Baş prokurorluq qanunsuz torpaq alqı-satqısı ilə bağlı vətəndaşlara müraciət etdi (VİDEO)

Bakı. Samir Əli - Trend:

Baş prokurorluq torpaq alqı-satqısı zamanı neqativ halların baş verməməsi məqsədilə maarifləndirici videoçarx hazırlayıb.

Qurumun Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bildirilir ki, prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onları məmnun edən kompleks tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.

Tədbirlərin davamı kimi, vətəndaş məmnunluğunun təmin olunması, eləcə də mühüm əhəmiyyət kəsb edən mövzularla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən vətəndaşları narahat edən məsələlərlə bağlı maarifləndirici videoçarxların hazırlanaraq #maariflənək həştəqi altında ictimaiyyətə təqdim olunması qərara alınıb. Hazırda təqdim olunan videoda torpaq alqı-satqısı zamanı qanunsuz hallar ilə bağlı vətəndaşlarımıza müraciət edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti