...

Qubadlının azad edilməsi ilə Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi - Hərbi ekspert

Gündəm Materials 25 Oktyabr 2021 10:41 (UTC +04:00)
Qubadlının azad edilməsi ilə Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi - Hərbi ekspert

Bakı. Fərid Zöhrabov -Trend:

Bu gün - oktyabrın 25-i Qubadlının Ermənistanın işğalından azad edilməsinin 1-ci ildönümüdür.

Hərbi ekspert Ədalət Verdiyev Trend-ə bildirib ki, Vətən müharibəsi zamanı Qubadlı istiqamətində əks-hücumları davam etdirmək və daha geniş coğrafiyada qələbə əldə etmək üçün şərait Zəngilanın işğaldan azad edilməsindən sonra yarandı:

"Qubadlının azad edilməsi Azərbaycan ordusunu Qarabağı Ermənistanla birləşdirən yeganə Laçın dəhlizinə yaxınlaşdırdı. Rayon azad ediləndən sonra Laçın dəhlizi ordumuzun atəş nəzarətinə keçdi.

Qubadlının azad olunmasında milli ordu ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələr və SAT (Dəniz pişikləri) aktiv iştirak edib. Qubadlı döyüşlərində PUA-larımız məhv etmək üçün ciddi hədəflər tapa bilmirdi. Bu, Ermənistan ordusunun tükənməsi, fərarilərin artması demək idi."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti