...

Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb

Gündəm Materials 28 Oktyabr 2021 13:43 (UTC +04:00)
Bu il səkkiz avtomobil yolunun tikintisi başa çatdırılıb

Bakı. Samir Əli - Trend:

2021-ci ilin 9 ayı ərzində ümumi uzunluğu 138.3 km olan 8 avtomobil yolunun tikintisi başa çatdırılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2021-ci ilin 9 ayı ərzində yerinə görülən işlərlə bağlı hesabatında deyilir.

Həmin yollar aşağıdakılardır:

1.Goranboy rayonu, Əlirzalı–Xan Qərvənd–Səfikürd–Tap Qaraqoyunlu avtomobil yolu. Uzunluğu 38 km;

2.Ağcabədi rayonu, Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolu. Uzunluğu 41 km;

3.Tərtər rayonu, Evoğlu-Aşağı Qapanlı-Azad Qaraqoyunlu-İlxıçılar-Köçərli avtomobil yolu. Uzunluğu 11 km;

4.Ağstafa rayonu, Böyük Kəsik-Ağgöl avtomobil yolu. Uzunluğu 5 km;

5.Qusar rayonu, Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolu. Uzunluğu 12.5 km;

6.İsmayıllı rayonu, Hacıhətəmli-Gideyli-Kürd Eldarbəyli avtomobil yolu. Uzunluğu 13 km;

7.Salyan rayonu, Salyan-Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yolu. Uzunluğu 15.3 km;

8.Şabran rayonu, Padar avtomobil yolu. Uzunluğu 2.5 km.

2021-ci ilin 9 ayı ərzində 540 km uzunluğunda avtomobil yolu, prospekt və küçə inşa edilib, yenidən qurulub və təmir edilib:

Respublika əhəmiyyətli - 103.5 km;
Yerli əhəmiyyətli - 312.5 km;
Bakı şəhər yolları - 124 km.

2021-ci ilin 9 ayı ərzində respublikanın avtomobil yollarında 8 yeni körpü tikilib:

“Zəfər Yolu” üzərində 4;
İsmayıllı rayonunda 4.

2021-ci ilin 9 ayı ərzində Bakı şəhərində 2 yeni yerüstü piyada keçidi inşa edilib:

Qala-Pirallahı avtomobil yolunun 3.6 km-də uzunluğu 76.7 metr;
Ziya Bünyadov prospektində 90 metr uzunluğunda.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti