...

Elçin Quliyev helikopter qəzasında xəsarət alan hərbçilərə baş çəkib

Gündəm Materials 3 Dekabr 2021 12:05 (UTC +04:00)
Elçin Quliyev helikopter qəzasında xəsarət alan hərbçilərə baş çəkib

Bakı. Trend:

3 dekabr tarixində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Cəfərov Emil Məmməd oğluna və kapitan Ədilov Ramin Ramiz oğluna baş çəkib.

DSX-dən Trend-ə verilən məlumata görə, general-polkovnik Elçin Quliyev hərbi qulluqçularla söhbət edib, səh­hətlərinin vəziyyətilə maraqlanmış, tezliklə sağalmalarını arzulayıb.

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilib.

Qeyd edək ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti