...

Müharibə veteranı adları hərbçilərin xidmət keçdiyi orqanlar tərəfindən veriləcək - Nazir müavini

Gündəm Materials 30 Dekabr 2021 11:20 (UTC +04:00)
Müharibə veteranı adları hərbçilərin xidmət keçdiyi orqanlar tərəfindən veriləcək - Nazir müavini

Bakı. Çingiz Səfərli - Trend:

Müharibə veteranı adları müvafiq hərbçilərimizin xidmət keçdiyi orqanlar tərəfindən veriləcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamlar və qanun layihəsi ilə əlaqədar brifinqdə deyib.

Onun szölərinə görə, müvafiq qurumlar döyüşlərdə iştirak etmiş şəxslərin siyahısını Nazirlər Kabineti ilə razılaşdıracaq:

"Vəsiqələr verildikdən sonra həmin şəxslərin adı sistemə salınacaq və onlara təqaüd veriləcək.

Bu, təqaüd aylıq təqaüdlərdir. Adlarına müvafiq bank kartları açılacaq və müvafiq bank şöbələrinə yaxınlaşıb bu kartları ala biləcəklər", - nazir müavini deyib.

A.Kərimovun sözlərinə görə, bu, müharibədən sonra şəhid ailələri və qzilərə göstərilən qayğının nəticəsidir:

"Bu çərçivədə 47 min xidmət göstərilir. Onun 20 minini sosial ödənişlər təşkil edir. Bu istiqamətdə 8200 vətəndaşımız müxtəlif məşğulluğa cəlb edilib. Şəhid ailəsi olan 1200 nəfər iş yeri ilə təmin olunub. Təkcə sosial ödənişlər deyil, mənzil, avtomobil təminatı da var. Bundan başqa mindən artıq qazimiz reabilitasiya vasitələri ilə təmin edilib", - o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti