...

Xəzər rayonunda naməlum kişi meyiti tapılıb (FOTO)

Gündəm 15 Yanvar 2022 12:14 (UTC +04:00)
Xəzər rayonunda naməlum kişi meyiti tapılıb (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Xəzər rayonunda naməlum kişi meyiti taplıb.

Onu tanıyanlar polisə məlumat vermələri xahiş olunur.

Trend xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsi ərazisində 55-60 yaşlarında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəxsiyyəti məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72-03, (012)- 456-03-02, (070) – 403-03-03 və (050) – 275-55-55 və (050) -679-26-11 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti