...

Hava şəraiti ilə bağlı avtomobil yollarında vəziyyət necədir? - AÇIQLAMA

Gündəm Materials 28 Yanvar 2022 11:42 (UTC +04:00)
Hava şəraiti ilə bağlı avtomobil yollarında vəziyyət necədir? - AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yanvarın 28-nə hava şəraiti ilə əlaqədar respublikanın avtomobil yollarının vəziyyətində heç bir problem müşahidə olunmur.

Bunu Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Yollarımızda hər hansı bir problem yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Yalnız Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun Murovdağdan keçən hissəsinə güclü qar yağıb. Hazırda yolun qardan təmizlənməsi istiqamətində müvafiq tədbirlər görülür. Şinləri zəncirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti