...

Qanunsuz parklanma təşkil edənlər cərimələnəcək

Gündəm Materials 1 Fevral 2022 12:44 (UTC +04:00)
Qanunsuz parklanma təşkil edənlər cərimələnəcək

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə yeni cərimə müəyyənləşir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət və ya bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə ediləcək.

Dəyişikliklər müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti