...

Ötən həftə 51.3 hektar ərazi minalardan təmizlənib

Gündəm Materials 7 Fevral 2022 11:06 (UTC +04:00)
Ötən həftə 51.3 hektar ərazi minalardan təmizlənib

Bakı. Trend:

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə həftəlik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Trend-ə bildirilib ki, fevralın 1-dən fevralın 5-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 7 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 42 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 51.3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti