...

"Mastercard" Rusiyada xidmətlərin göstərilməsini dayandırıb

Gündəm Materials 6 Mart 2022 03:03 (UTC +04:00)
"Mastercard" Rusiyada xidmətlərin göstərilməsini dayandırıb

Bakı. Trend:

ABŞ-ın "Mastercard" maliyyə korporasiyası Rusiyada xidmətlərin göstərilməsini dayandırıb.

Trend-in məlumatına görə, bu barədə şirkətin saytında yayımlanan açıqlamada bildirilib.

Qeyd olunub ki, şirkət anti-Rusiya sanksiyalarına görə “Rusiyada şəbəkə xidmətlərinin göstərilməsini dayandırmaq qərarına gəlib”.

"Bu tədbir Rusiya bankları tərəfindən buraxılan kartların "Mastercard" sistemi tərəfindən dəstəklənməyəcəyini nəzərdə tutur", - deyə açıqlamada qeyd olunub.

Bundan əlavə, şirkət ölkədən kənarda buraxılan "Mastercard" kartlarının Rusiyada işləməyəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti