...

Türkiyə və Ukrayna müdafiə nazirləri Mariupoldan təxliyə məsələsini müzakirə ediblər

Gündəm Materials 8 Aprel 2022 22:07 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ukraynalı həmkarı Aleksey Reznikov ilə telefon danışığında Ukraynanın Mariupol şəhərindən və digər yaşayış məntəqələrindən dinc əhalinin həm dəniz, həm də quru yolu ilə tez və təhlükəsiz şəkildə təxliyyəsinin vacibliyini vurğulayıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Akar diplomatik həlli təşviq etmək və daha çox qan tökülməsinin qarşısını almaq üçün dərhal atəşkəsə ehtiyac olduğunu qeyd edib.

Türkiyəli nazir bildirib ki, Ankara humanitar yüklərin Ukraynaya çatdırılması üçün bundan sonra da əlindən gələni etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti