...

"Lotu Quli"nin adamını qətlə yetirən kriminal avtoritet özünü təqsirli bilməyib

Gündəm Materials 15 Aprel 2022 16:19 (UTC +04:00)
"Lotu Quli"nin adamını qətlə yetirən kriminal avtoritet özünü təqsirli bilməyib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində 2017-ci ildə Rusiyada “Lotu Quli” ləqəbli Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal”, “Piter Camal” kimi tanınan Camal Həsənovun məhkəmə araşdırması davam edib.

Trend-in məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, Camal Həsənov zərərçəkən Həsənov Cabir Heyqubad oğlunun bir neçə dəfə iştirak etdiyi müxtəlif məclislərdə kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu 2016-cı il avqustun 18-də Türkiyədə qətlə yetirilməsində iştirak edib.

“Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gederək Cabir Həsənovu odlu silahdan istifadə edərək güllələyərək öldürüb. Ona bu cinayətdə orada yaşan Nazim Nüsrətov köməklik göstərib.

Camal Həsənov qətli törədəndən sonra istintaqdan yayınaraq Azərbaycana gəlib. Nazim Nüsrətovun həbs olunandan sonra Camal Həsənovun cinayət əməli ortaya çıxıb.
İttihama münasibət bildirən Camal Həsənov özünü təqsirli bilməyib. O bildirib ki, bu iş uydurmadır.

Məhkəmədə məlum olub ki, Camal Həsənovun vəkili Nizami Canıyev Rövşən Canıyevin (Lənkəranski) yaxın qohumudur.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

Qeyd edək ki, Camal Həsənov ötən il oktyabrında hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən tutulub.
Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti