...

Ötən həftə 476 hektar ərazi minalardan təmizlənib

Gündəm Materials 25 Aprel 2022 10:51 (UTC +04:00)
Ötən həftə 476 hektar ərazi minalardan təmizlənib

Bakı. Trend:

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, aprelin 18-dən 23-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 126 mina və 170 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 475.7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti