...

Brauzerin yaddaşında şifrə saxlamaq təhlükəlidir? (FOTO)

Gündəm Materials 19 May 2022 11:11 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

İnternetə giriş üçün tez-tez istifadə etdiyimiz “Google Chrome” brauzeri ilə sosial media, onlayn oyunlar və onlayn alış-veriş kimi üzvlük tələb edən bir çox sayta istifadəçi adı və şifrə ilə daxil oluruq.

“Google Chrome”-da ilk dəfə bu hesablara daxil olanda "şifrəni yadda saxla" bildirişi ilə qarşılaşırıq. Bu bildirişi təsdiq etdikdə, sonradan hesabımıza daxil olmaq istədikdə şifrə brauzerdə saxlandığı üçün istifadəçi adı və ya şifrə yenidən daxil etmədən giriş hesabımıza daxil oluruq. Ona görə də təbii olaraq bu vəziyyətə öyrəşdiyimiz üçün şifrəmizi unuda bilərik. Belə hallarda şifrə qapalı (****) göründüyü üçün "şifrə sıfırlama" addımları ilə onu yeniləməli oluruq.

Bu "şifrə sıfırlama" prosesləri əvəzinə siz indi sadə bir əməliyyatla bütün şifrələrinizə baxa biləcəksiniz, “Google Chrome”-da göstərəcəyimiz menyudan “brauzer”inizdə necə şifrə saxladığınızı şəkillərdə göstərilən addımlara əməl etsəniz, nəticəyə tez çata biləcəksiniz.

1) Əvvəlcə “brauzer”in yuxarı sağ küncündəki 3 nöqtə işarəsini sıxırıq.

2) Açılan səhifədə “Ayarlar” bölməsinə daxil oluruq.

3) Daha sonra sol menyuda “Avtomatik doldurma” başlığı altında “Şifrələr” menyusuna klikləyirik.

4) Açılan səhifədə hesabınızın şifrəsini hansı saytda öyrənmək və yaxud görmək istəyirsinizsə, həmin saytın adının qarşısındakı göz işarəsinə klikləsəniz, həmin hesabın şifrəsinə baxa bilərsiniz.

Təhlükəli tərəfi nələrdir?

Brauzerdə saxlanılan şifrələrin mənfi və müsbət cəhətləri var. Müsbət tərəfi haqqında yuxarıda izah etdik. Mənfi tərəfi ondan ibarətdir ki, kompüteriniz itdiyi və yaxud kənar bir şəxs tərəfindən istifadə edilən zaman sizin sosial media, onlayn alış-veriş edərkən istifadə etdiyiniz şifrələr oğurlana bilər.

Belə bir halın baş verməməsi üçün məsləhət görülür ki, şifrələrinizi brauzerin yaddaşında saxlamayın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti