Bakı. Trend:
Azərbaycanda media etikası üçün hüquqi məsuliyyət nəzərdə tutulmayıb.
Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, onlar yalnız ictimai qınağa tutulur.
"Media sahəsində nüfuzunu itirmiş media orqanı artıq fəaliyyət
göstərə bilmir. Uzun müddət reket jurnalistlərinin siyahısı
tutulurdu. O siyahıya düşən jurnalistlərdən qurumlar çəkinirdi.
Amma artıq bu cür hallar yoxdur. Media reyestrinin yaranmasına
sayılı günlər qalıb
Artıq bu reyestr yarandıqdan sonra oraya daxil olan media
subyektlərinin fəaliyyəti, mühiti daha da sağlamlaşacaq. Qurumlarla
media arasında əməkdaşlıq vacibdir. Medianın İnkişafı Agentliyi
tərəfindən hər ay müxtəlif qurumlarla təlimlərimiz olur və
jurnalistlər bu təlimlərdə təkmilləşdikcə hər şey daha da yaxşı
olacaq",- N.Məmmədli deyib.