Bakı. Trend:
26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə bir qrup Vətən müharibəsi qazisi və veteranının Xaçmaz rayonunda istirahəti təşkil edilib
Trend-in məlumatına görə, Vətən müharibəsi iştirakçılarının yola salma mərasimində çıxış edən FHN Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, 6 gün nəzərdə tutulan istirahət Xaçmaz rayonu ərazisindəki "Orman" İstirahət mərkəzində olacaq.
"İstirahət 44 günlük Vətən müharibəsində iştirak etmiş Bakı şəhərindən olan 44 nəfər qazi və veteran üçün nəzərdə tutulub.
Səfər çərçivəsində veteran və qazilərin Xaçmaz şəhərində Heydər Əliyev abidəsinin, Şəhidlər Xiyabanın ziyarət olunması, həmçinin 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Orman” istirahət mərkəzində istirahət edəcək Vətən müharibəsi qazilərinin və veteranlarının günlük istirahətlərinin səmərəli keçirmələri üçün mini futbol, voleybol, stolüstü tennis, bilyard, şahmat və digər oyunlar təşkili planlaşdırlıb.Həmçinin həmin oyunlar üzrə qazi və müharibə iştirakçıları arasında yarışlar da təşkil ediləcək. Yarışların qaliblərinə qiymətli hədiyyə və mükafatlar veriləcək.
Tədbir çərçivəsində həmçinin 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qazilərinin və veteranların Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılması da nəzərdə tutulub", M. İsmayılov deyib.