Bakı. Trend:
Bəzi sosial şəbəkə və media səhifələrində Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq hərəkətlərinin edilməsi ilə bağlı məlumatlar yayılıb.
Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
"Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon
prokurorluğunda araşdırma başlanmış, hadisənin şahidi olmuş
şəxslərin izahatları alınmış, məhkəmə-tibb ekspertizası təyin
edilmiş və digər prosessual hərəkətlər yerinə yetirilmişdir.
Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri
qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması
təmin ediləcəkdir", - deyə Baş Prokurorluqdan bildirilib.