...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 23 İyul 2022 18:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 342 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 506, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 167, üç və daha çox doza vaksin vurduranların sayı 1 397, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 272 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 803 044, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 363 914, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 000, üç və daha çox doza vaksin vurduranların sayı 3 329 356, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 252 774 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti