Bakı. Trend:
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 195 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 377, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 213, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 368, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 237 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 820 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 367 154, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 103, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 340 156, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 254 793 nəfər təşkil edir.