...

Azərbaycanda son sutkada koronavirus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Gündəm Materials 10 Avqust 2022 16:36 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 829 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza vaksin vurduranların sayı 1 164, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 247 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 832 547, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 097, üç və daha çox doza vaksin vurduranların sayı 3 348 027, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 350 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti