...

Bakıda NATO-nun təlim kursu keçirilir

Gündəm Materials 9 Sentyabr 2022 13:06 (UTC +04:00)

Bakı. Trend:

Bakıda NATO-nun "Sülh və təhlükəsizlik naminə elm proqramı" çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün "Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu" keçirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda, praktiki qrup çalışmaları yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti