...

Şamaxıdakı Üzüm və Şərab Festivalı təxirə salındı

Gündəm Materials 15 Sentyabr 2022 19:50 (UTC +04:00)
Şamaxıdakı Üzüm və Şərab Festivalı təxirə salındı

Bakı. Trend:

Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Azərbaycan Silahlı Qüvvələri sırasında şəhidlərimizin olması ilə əlaqədar 1-2 oktyabr tarixlərində Üzüm və Şərab Festivalının keçirilməsi təxirə salınıb.

Festivalın Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirin proqramında müxtəlif konsert və əyləncə proqramları nəzərdə tutulurdu.

Ermənistanın son təxribatları nəticəsində başlayan döyüş toqquşmaları zamanı həlak olan şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq festivala hazırlıqlar dayandırılmış və tədbirin bu il keçirilməməsi qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti