...

Xocavənddə aşkarlanan kütləvi məzarlıq hərbçilərimizə məxsusdur

Gündəm Materials 4 Oktyabr 2022 14:01 (UTC +04:00)
Xocavənddə aşkarlanan kütləvi məzarlıq hərbçilərimizə məxsusdur
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Xocavənd. Trend:

Xocavənddə aşkarlanan kütləvi məzarlıqdakı qalıqlar hərbçilərimizə məxsusdur.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin şöbə rəisi Nuranə Hüseynova deyib.

O qeyd edib ki, Azərbaycan xalqı ermənilərin törətdikləri minlərlə faciə, terror, kütləvi qırğınlarla üzləşib.

"Hazırdan Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6 skelet sümüyü, üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqarət kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək" - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti