...

17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib

Gündəm Materials 6 Oktyabr 2022 11:46 (UTC +04:00)
17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın sentyabrda törədiyi təxribatlar zamanı əsir götürülmüş 17 şəxs və 133 meyit erməni tərəfinə təhvil verilib.

Trend-in məlumatına görə, Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

"2022-ci ilin sentyabr ayının 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Erməni təxribatının qarşısını alarkən 80 hərbi qulluqçu şəhid olub, 274 nəfər hərbi qulluqçu yaralanıb", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti