...

“WhatsApp”da mesajların avtomatik silinmə qaydası - Yeni funksiya

Gündəm Materials 11 Oktyabr 2022 14:16 (UTC +04:00)
“WhatsApp”da mesajların avtomatik silinmə qaydası - Yeni funksiya
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp”da əlavə “Standart mesaj taymeri” funksiya yaradılıb.

Trend-in məlumatına görə, siz "WhatsApp"da mesaj yazarkən yeni funksiyanı aktiv etsəz müəyyən vaxtdan sonra mesajınız avtomatik olaraq silənə bilər.

Bunu aşağıdakı qaydada işə salmaq mümkündür:

1. "WhatsApp"ı açın və yuxarı sağ küncdəki üç nöqtəli işarəyə toxunun. Parametrləri seçin.

2. Növbəti ekranda "hesab" xanasını seçin.

3. İndi "Məxfilik" xanasını seçin.

4. Daha sonra "Standart mesaj taymeri" xanasına toxunun.

5. Növbəti xanada hansı müddət ərzində mesajlarınızın avtomatik olaraq silinməsini seçmək imkanı yaranır. Default olaraq 24 saat, 7 gün, 90 gün və yaxud deaktiv etmək imkanı yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti