Bakı. Trend:
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Liz Trassın istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı postlarına namizəd olmayacağını bildirib.
Trend-in məlumatına görə, bu barədə B.Consonun açıqlamasında qeyd olunub.
"Düşünürəm ki, Mühafizəkarlar Partiyasını 2024-cü ildə keçiriləcək [ümumi] seçkilərdə qalibiyyətə gətirmək üçün yaxşı şansım var. Böyük ehtimal var ki, Mühafizəkarlar Partiyasının üzvləri arasında [partiya] seçkilərində uğur qazanmağa və cümə günü (28 oktyabr) "Dauninq Strit"ə qayıda bilərdim . Amma son bir neçə gün ərzində təəssüf ki, bunun sadəcə olaraq düzgün olmayacağı qənaətinə gəldim", - deyə B.Conson bildirib.