Bakı. Trend:
PKK-nın əsas kökü İrandadır.
Trend-in məlumatına görə, bunu bu gün Güney Azərbaycan televiziyasının (GünAz Tv) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.
O qeyd edib ki, PEJAK-ı İran özü yaradıb, ancaq indi PEJAK özü İran üçün təhlükəyə çevrilib.
“Qərbi Azərbaycanın sərhədi Türkiyədir və bu gün Qərbi Azərbaycanda PEJAK təşkilatı daha güclüdür. PKK-nın əsas kökü İrandadır. Cənubi Azərbaycan azad olarsa, bizim aramızda heç bir PKK, kürd zolağı ola bilməz”,- deyə Ə.Obalı əlavə edib.